Birinin donoru anası, digərininki oğludur - İcbari tibbi sığortanın qaytardığı həyatlar - Video

Birinin donoru anası, digərininki oğludur -
İcbari tibbi sığorta çərçivəsində qarşılanan transplantasiya əməliyyatlarının həyata keçirildiyi tibb müəssisələrindən biri də Mərkəzi Gömrük Hospitalıdır.

“Qafqazinfo” ilk əməliyyatların icra olunduğu pasiyentlərlə və transplantoloq Mircəlal Kazımi ilə həmsöhbət olub.

Həkimlə bərabər əməliyyat olunan xəstələrə baş çəkirik.

Ağcabədi rayonunun Kəhrizli kəndindən olan 28 yaşlı Vətən müharibəsi iştirakçısı Səyyaf Əsədov qazi kimi növbədənkənar əməliyyat olunan ilk pasiyentlərdəndir: “44 günlük Vətən müharibəsində iştirak etmişəm, Zəngilan, Qubadlı və Laçın uğrunda döyüşlərdə iştirak etmişəm, medallar qazanmışam. Döyüşlər vaxtı ağzımdan qan gəlirdi. Məni Bakıya, hərbi hospitala göndərdilər. Müayinə etdilər, sonra yenidən könüllü cəbhəyə qayıtdım. Müharibədən sonra, xüsusən soyuq olanda qaraciyərim ağrıyırdı. Bəzi müayinələrdə oldum. Mənə transplantasiya əməliyyatını məsləhət gördülər. Bilirdim ki, bu əməliyyat bahalıdır, təxminən 50 min manat qiyməti var. Sağ olsun dövlətimiz, bu il sentyabrın 29-u icbari tibbi sığorta ilə, heç bir xərc çəkmədən, çox gözəl şəraitdə Mərkəzi Gömrük Hospitalında əməliyyat olundum”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...