Rəşid Behbudovun bacısının qəbri niyə dağılıb? - VİDEO

Rəşid Behbudovun bacısının qəbri niyə dağılıb? -
“Bəyin oğurlanması” filmində Bibixanım obrazı ilə yaddaşlara həkk olunan Əməkdar artist Nəcibə Behbudovanın məzarı dağılıb.

Məsələ ilə bağlı Yasamal Bələdiyyəsindən bildirilib ki, qəbir güclü külək nəticəsində dağılıb:

“Son üç gündə güclü külək oldu, görünür, daşın da keyfiyyəti aşağı olub. Güclü külək nəticəsində daş aşıb. Burada köhnə qəbirlər çoxdur. İlk dəfədir ki, baş daşı aşıb. Bu da daşın zəif olmasından irəli gəlir. Aktrisa 1999-cu ildə dəfn olunub. Çürüntü daşda olan boşluq 20-30 ildən sonra özünü büruzə verir”.

Bildirilib ki, bələdiyyə əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və yeni məzar daşı qoyulacaq.

Qeyd edək ki, Əməkdar artist Nəcibə Behbudova 1999-cu il dekabrın yeddisində vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

Aktrisa dünyaşöhrətli müğənni Rəşid Behbudovun bacısıdır. O, “Bəyin oğurlanması”, “Fəryad”, “Qarabağ şikəstəsi”, “Təxribat” və “Ulduz” kimi bir çox filmlərdə rol alıb.

Ətraflı Baku TV-nin süjetində:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
204 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...