Ülvi Həsənli qaçaqmalçılıqda ittiham olunur

Ülvi Həsənli qaçaqmalçılıqda ittiham olunur
Ötən gün səhər saxlanılan “Abzas Media” saytının direktoru Ülvi Həsənli cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə “Qafqazinfo”ya onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil deyib ki, Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda ilkin istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Ü.Həsənli ötən gün səhər xaricə yola düşərkən saxlanılıb. Onun ofisində axtarış zamanı 40 min avro pul aşkar edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
373 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...