KİV: Alimin öldüyü qəzanı KTM-in şöbə müdiri törədib

KİV: Alimin öldüyü qəzanı KTM-in şöbə müdiri törədib
Bakıda tanınmış alim Arif Acaloğlunun həlak olduğu yol qəzasını Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun törətdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, A. Maqsudov qəzanı “Mercedes” markalı avtomobillə törədib.
KİV: Alimin öldüyü qəzanı KTM-in şöbə müdiri törədib

Azər Maqsudov

İstanbul Mərmərə Universitetinin azərbaycanlı müəllimi, türkoloq alim, əslən Gürcüstanın Bolnisi rayonundan olan Arif Acaloğlu dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Bildirilib ki, Bakıya qonaq gəlmiş A. Acaloğlu burada avtomobil qəzasında həlak olub.
Qeyd olunub ki, hadisə ötən gün Sabunçu rayonu ərazisində - Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib.
Onun paytaxta elmi konfransda iştirak etmək üçün gəldiyi bildirilir.
KİV: Alimin öldüyü qəzanı KTM-in şöbə müdiri törədib

Arif Acaloğlu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...