Ordudan yayınan 5000 nəfər Ermənistana necə qaytarılacaq? - Deputat açıqladı

Hazır
Ordudan yayınan 5000 nəfər Ermənistana necə qaytarılacaq? -
da icbari hərbi xidmətdən yayınan və yaşı 27-yə çatmış 5 minə yaxın Ermənistan vətəndaşı barəsində cinayət işi başlanıb.


“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistan hökumətinin deputatı Hayk Sarkisyan açıqlayıb.

O bildirib ki, Ermənistana qayıtdıqları təqdirdə onları həbs gözləyir:

“Mövcud qanunvericiliyimizə görə, 18 yaşına çatmış kişi vətəndaşlar silahlı sayılır. Başqa sözlə, mövcud reqlamentə görə, 27 yaşlı oğlanlar xidmət keçə bilməz, onların yalnız bir seçimi var: Cinayət Məcəlləsinin 461-ci maddəsi ilə 5 ilə qədər həbs cəzası almaq. Lakin mən 5 ilə qədər həbs cəzası əvəzinə, minlərlə kişiyə Ermənistana qayıtmaq və cinayət təqibindən azad olmaq imkanı verilməsini təklif edirəm".
Ətraflı

Deputatın sözlərinə görə, bundan sonra onlara imkan veriləcək ki, ölkəyə qayıdarkən məhkum olunmaq əvəzinə pul ödəyib xidmət etməsinlər:

"Artıq qanun layihəsinə əsasən, çağırış yaşına çatmış şəxslərə 5 variant təklif olunacaq. Hərbi xidmətdən yayınan 27-37 yaşlı vətəndaşlar sadəcə geri qayıdaraq 2 il Ermənistan ordusunda xidmət edə bilərlər. Bir il xidmət etdikdə dövlət büdcəsinə 2 milyon dram, yarım il olarsa beş milyon dram, 1 ay üçün isə 10 milyon dram ödəməlidirlər. Axtarışda olan şəxslər ümumiyyətlə xidmət etmək istəməsələr, dövlət büdcəsinə 15 milyon dram, təxminən 40 min dollar ödəyə və cinayət təqibindən azad ola bilərlər".

Qeyd edək ki, Ermənistanda 9 ildə çağırışçıların sayı 44 mindən 24 minə qədər azalıb.

Xatırladaq ki, 44 günlük Vətən Müharibəsi ərəfəsində minlərlə erməni hərbi qulluqçunun fərarilik edərək ordudan yayınması xəbəri yayılmışdı.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
641 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...