Bayram günlərində banklar və Azərpoçt işləyəcək

Bayram günlərində banklar və Azərpoçt işləyəcək
Noyabrın 8-12-də qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 118 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 73 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
607 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...