Azərbaycanda 43 yaşlı vəkil intihar etdi - FOTO

Azərbaycanda 43 yaşlı vəkil intihar etdi -
Qazax rayonunun Hüseynbəyli kəndində intihar hadisəsi baş verib.

GUNDEMİNFO.AZ Unikal.az-a istinadən xəbər verir ki, kənd sakini, Vəkillər Kollegiyasının üzvü, 1980-ci il təvəllüdlü Rüfət Mahmudov intihar edib.

Rüfət Əsəd oğlu Mahmudov Qazax rayonunda vəkillik fəaliyyəti ilə məşğul olurmuş. O, intihar etdiyi gündən bir gün əvvəl işi ilə əlaqədar Zaqatalaya getməli imiş. Lakin Rüfət ora getməyib, növbəti gün isə kənddəki pay torpağında özünü asaraq intihar edib. Ailə üzvləri onun hər hansı problemindən xəbərsiz olduqlarını, intihar səbəbini bilmədiklərini deyiblər.

Rüfət Mahmudov ailəli olub. Onun 2 oğlu, 1 qızı var. Kənd sakinləri onların normal, münaqişəsiz ailə olduqlarını bildiriblər.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
503 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...