Tanınmış vəkili Biləcəridə qatardan düşürüblər

Tanınmış vəkili Biləcəridə qatardan düşürüblər
Noyabrın 2-də səhər saatlarında tanınmış vəkil Vamiq Şükürov Bakı-Gəncə sürət qatarından məcburi endirilib.
Azadmediatv.com xəbər verir ki, bu haqda Vamiq Şükürov özü məlumat verib.

"Bakı-Gəncə sürət qatarına bir gün əvvəl - noyabrın 1-də bilet almışam. Bu gün səhər saat 08.59-da Biləcəri stansiyasından qatara minməyə cəhd edəndə bu hadisə başıma gəldi. Qatara mindim. Bələdçi vəsiqəmi istədikdə telefonumda şəkli olan vəsiqəni göstərdim. Lakin buna əhəmiyyət verməyib, məni düşünməyə məcbur etdilər".

Vəkil bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinə, Prezident Adminstarsiyasına və diqər əlaqədar qurumlara şikayət etdiyini də bildirib:

"Ay yarıtmaz qurum, harda yazılıb ki, sərnişinin vəsiqəsi üstündə olmadıqda onu qatardan düşürmək olar? Mənim telefonumda şəxsiyyət vəsiqəsinin şəkli var. Buna göstərmətimə baxmayaraq, biletinin pulunu verib aldığım qatardan məni aşağı düşürtdülər".

Qeyd edək ki, vəkil V.Şükürov peşə fəaliyyətiylə bağlı səfərə çıxmalıymış.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...