İsrail HƏMAS nümayəndələrinin Moskva səfərini pislədi

İsrail HƏMAS nümayəndələrinin Moskva səfərini pislədi
İsrail Xarici İşlər Nazirliyi Rusiya hakimiyyətinin HƏMAS hərəkatının nümayəndə heyətini Moskvada qəbul etmək qərarını pisləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə departamentin teleqram kanalında məlumat yayılıb.
İsrail Xarici İşlər Nazirliyi Rusiya hakimiyyətini Həmas terrorçularını dərhal qovmağa çağırıb:
“HƏMAS İŞİD-dən daha pis terror təşkilatıdır. HƏMAS liderlərinin əlləri bıçaqlanan, öldürülən, güllələnən və yandırılan 1400-dən çox israillinin qanına boyanıb. Onlar körpələr, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 220-dən çox israillinin oğurlanmasına görə məsuliyyət daşıyırlar. İsrail HƏMAS liderlərinin Moskvaya dəvətini terrora arxa duran və vəhşilikləri qanuniləşdirən ləyaqətsiz addım kimi qiymətləndirir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...