Keçmiş direktor işinə bərpa ediləcək - BŞTİ yenə məhkəməni uduzdu

Keçmiş direktor işinə bərpa ediləcək -
Bakıda fəaliyyət göstərən 169 nömrəli tam orta məktəbin keçmiş direktoru Pərvanə Əzimova ilə Bakı Şəhər Təhsil İdarəsi və Elm və Təhsil Nazirliyi arasındakı məhkəmə çəkişməsinin apellyasiya mərhələsi başa çatıb.

Qaynarinfo xəbər verir ki, Pərvanə Əzimova məhkəmə çəkişməsindən qalib ayrılıb.

Məlumat üçün deyək ki, Bakı Apellyasiya Məhkəməsinə qarşı tərəf şikayət verib. Hakim şikayəti təmin etməyib.

Pərvanə Əzimova 169 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən çıxarıldıqdan sonra işə bərpa və əmək haqqının ödənilməsi tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. İşə hakim Mehriban Əfəndizadənin sədrliyi ilə baxılıb. Hakim keçmiş direktorun iddiasını təmin edib. Qarşı tərəf, xüsusilə, Bakı Şəhər Təhsil İdarəsi hakimin qərarından narazı qalıb.

Əldə etdiyimiz məlumatlara görə, Pərvanə Əzimovanın işdə çıxarılmasında Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyinin böyük rolu olub. İdarə hətta mübahisənin məhkəmə müstəvisində həllinə də mane yaratmağa çalışıb. Bu arada qeyd edək ki, işdən çıxarılması ilə bağlı Pərvanə Əzimovaya heç bir səbəb göstərilməyib.

O, direktor olmazdan əvvəl də 169 saylı məktəbdə müxtəlif vəzifələrdə çalışıb. Hətta onun sözügedən məktəbin məzunu olduğu deyilir.

Keçmiş direktorun həyat yoldaşı I Qarabağ savaşının iştirakçısıdır. Ölkə başçısı tərəfindən ona mənzil də hədiyyə edilib.

Məlumatlarda o da qeyd edilir ki, yaxın vaxtlarda Pərvanə Əizmovanın işə bərpası reallaşacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...