“İsrailin atəşə tutması nəticəsində bir jurnalist həlak olub” – “Reuters”

  “İsrailin atəşə tutması nəticəsində bir jurnalist həlak olub” –
“İsrailin Livanın cənubundakı sərhəd bölgəsini atəşə tutması nəticəsində bir journalist həlak olub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” Livan ordusuna istinadən məlumat yayıb.
Livan ordusunun məlumatına görə, yeddi jurnalist İsrail ordusunun pulemyotundan atəşə tutulub.
Onlardan biri öldürülüb. Digər təfərrüatlar hələlik verilməyib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Livan tərəfinin atəşə tutmasına cavab olaraq Livandakı şiə təşkilatı “Hizbullah”ın bəzi müşahidə məntəqələri də daxil olmaqla hədəflərinə yeni zərbələr endirildiyini bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...