Suqovuşan istirahət parkına nə qədər vəsait ayrılacaq?

Suqovuşan istirahət parkına nə qədər vəsait ayrılacaq?
Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki istirahət parkının ilkin olaraq müqavilə dəyəri 4 milyon manat təşkil edir.

Gundeminfo.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məbləğə parkın hər iki mərhələdə inkişafı daxildir:

“Buna həmçinin layihələndirmə işləri, layihə-smeta sənədlərinin hazırlanması daxildir”.

Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...