Pensiya və maaşlarla bağlı şad xəbər - Yanvarın 1-dən...

Pensiya və maaşlarla bağlı şad xəbər -
"2024-cü ilin dövlət büdcəsi ilə bağlı elan edilən rəsmi rəqəmlər göstərir ki, növbəti ildə sosial sferaya ayrılan vəsaitlərin həcmində artımlar olacaq”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, bu hal bütövlükdə əməkhaqqı və pensiya artımları üçün maliyyə bazası formalaşdırır: "İlkin gözlənti ondan ibarətdir ki, yanvar ayında pensiyalar indeksasiya olunaraq artırılacaq. Pensiyalar 2023-cü ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq indeksasiya olunur.

Cari ilin səkkiz ayında orta aylıq əməkhaqqında artım 11,3 faiz olub. Tendensiya qorunub saxlanacağı təqdirdə bütün əmək pensiyalarında yanvar ayından etibarən 11 faizlik artımlar ola bilər. Əməkhaqqı artımları isə dövlət büdcəsindən formalaşan qurumlarda ölkə başçısının sərəncamı ilə reallaşır. Gözlənilir ki, sosial proqrama ayrılan vəsaitin həcmində artımlar olduğu üçün sosial paket növbəti ildə daha da dərinləşəcək.

Özəl sektorda artımlar isə bu sektorda çalışan sahibkarların qərarları əsasında formalaşır. Minimum əməkhaqqında artımlar olan zaman aşağı məvacib alan vətəndaşların maaşlarında da artımlar baş verir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...