Qrip əleyhinə vaksinasiya prosesi niyə gecikir?

Qrip əleyhinə vaksinasiya prosesi niyə gecikir?
Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində qrip əleyhinə peyvəndlənmə aparılmır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

“TƏBİB tabeli tibb müəssisələri vaksinasiya üçün hazır vəiyyətdədir. Vaksinlər müəssisələrə daxil olacağı halda peyvəndlənmə prosesinə başlanıla bilər”, – deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyindən bildirilib ki, ölkəyə yenidən qrip əleyhinə vaksinlər gətiriləcək.

“Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub”, – deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qripə qarşı peyvənd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...