Banklarda əmanətlər yarıbayarı azalıb: Səbəb nədir? - FOTO
“Rəqəmlərə nəzər salsaq, görərik ki, bu il əhalinin ölkə banklarındakı əmanətləri yarıbayarı azalıb. Bu prosesin başlanğıcı hələ fevralda qeydə alınıb. O zaman əmanətlər 27,0 milyon manat azalıb. Bu, 2021-ci ilin avqustundan bəri ilk belə azalmadır. İyulda da analoji vəziyyət müşahidə olunub. Avqustun əvvəlinə olan məlumata görə, əmanətlər əvvəlki ayla müqayisədə 43,3 milyon manat azalaraq 12 milyard 705 milyon manat olub”.
Bunu Bakupost.az-a iqtisadçı deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, mənfi dinamikanın səbəblərindən biri fevral ayında tətbiq edilən əmanətlərin vergiyə cəlb edilməsidir:
“Bundan əlavə, artan xərclər, iqtisadiyyatın real sektoruna investisiyalar və mövsümi dəyişikliklər də müəyyən təsir göstərir. İqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi və kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması üçün əmanətlərin cəlb edilməsinə daha geniş formata ehtiyac var. Ona görə də biz əmanət portfelinin davamlılığına nail olmalıyıq. Bu baxımdan Vergi Məcəlləsinə müəyyən dəyişikliklərin edilməsi faydalı olardı. Yəni 100 min manata qədər olan əmanətləri 10 faizlik dövlət rüsumundan azad etmək və beləliklə, bank əmanətlərinin bu seqmentində sabitliyi saxlamaq olar”.
449 dəfə oxundu