“Taliban”dan “cadugərlər”ə qarşı tədbirlər: Yüzlərlə insan saxlanıldı

“Taliban”dan “cadugərlər”ə qarşı tədbirlər:
Əfqanıstandakı müvəqqəti “Taliban” hökuməti özlərini “cadugər” olaraq təqdim edən 200 nəfəri saxlayıb.

Buna səbəb kimi onların sosial narazılıqlara yol açdıqları əsas gətirilib.

Bununla bağlı “Taliban” administrasiyasının Xeyirə Dəvət və Şərdən Çəkindirmə Nazirliyinin sözçüsü Akif Mühacir mətbuata açıqlama verib.

O, indiyədək ölkədə həyata keçirilən əməliyyatlarda aralarında qadınların da olduğu 200 nəfərin saxlanıldığını bildirib.
Mühacir sözügedən şəxslərə qarşı məhkəmə prosesinin başlandığını qeyd edib, bu cür fəaliyyətlərin dini baxımdan haram olduğunu, cəmiyyətdə korrupsiya və narazılıqlara səbəb olduğunu qeyd edib.

Daha əvvəl isə “Taliban” ölkədə geniş yayılmış bu cür fəaliyyətlərə qadağa qoymuşdu.

Mənbə: Haber Global



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
416 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...