Marketlərin “ƏDV geri al” oyunu: “Bu vəziyyətdən sui-istifadə edirlər”
Vergi Məcəlləsinə görə, fiziki şəxslər supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini geri almaq hüququna malikdirlər.
Lakin görünən odur ki, istehlakçıların ƏDV-ni geri alması heç də asan başa gəlmir. Bir çox hallarda ƏDV çeki alıcıya alış üçün ödənilən qəbzlə birlikdə verilmir, bəzənsə çekin keyfiyyətsizliyi istehlakçı üçün ƏDV-nin geri qaytarılmasına imkan vermir.
Bəzi hallarda isə çeklərdə 12 simvollu fiskal ID nömrəsi və QR kod o qədər keyfiyyətsiz şəkildə qeyd edilir ki, alıcı bu məlumatları sistemə ya çox çətinliklə yükləyir, ya da yüklənməsi, ümumiyyətlə baş tutmur.
Bəzi market işçiləri bunu boyanın bitməsi ilə əlaqələndirir. İnsanlar isə iddia edir ki, bu qəsdən edilir. Bəs görəsən, həqiqətənmi bu, böyük marketlərin oyunudur?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, bu problem marketlərin məsələyə məsuliyyətsiz yanaşmasının nəticəsidir:
“Mağazalarda verilən çeklərin keyfiyyətsiz olması ilə bağlı Azad İstehlakçılar Birliyinə hər gün ən azı 1-2 telefon zəngi daxil olur. Düşünürəm ki, bu marketlərin məsələyə məsuliyyətsiz yanaşması ilə bağlıdır.
ƏDV-lərin qaytarılması dövlətin sosial siyasətinin bir hissəsidir. Biz dəfələrlə demişik, biznesin qurulması üçün hökumət elə şərait yaradıb ki, onlara toxunmaq olmaz. Onlarsa bu vəziyyətdən sui-istifadə edirlər.
Bunu etməklə onlar istehlakçı hüquqlarını pozurlar. Bu hal şübhəsiz ki, bilərəkdən edilir, istehlakçılar belə problemlə üzləşməməlidir. Hətta şəhərin mərkəzində yerləşən mağazalarda belə bu cür problemlə rastlaşmaq mümkündür. Vətəndaşlara bu cür halla qarşılaşdıqda 195 telefon xətti ilə İqtisadiyyat nazirliyinə müraciət etməyi tövsiyə edirəm".
411 dəfə oxundu