Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Məlumata əsasən, sentyabrın 10-da Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin 11-i səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır. Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33-38 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü: 2.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 m. çatacağı proqnozlaşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...