Bakının bir neçə küçəsində yeni tipli işıqfor dirəkləri quraşdırılıb

Bakının bir neçə küçəsində yeni tipli işıqfor dirəkləri quraşdırılıb.

Bu barədə "Report"a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirlib ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt ərazisində aparılan monitorinqlər zamanı bəzi yolayrıclarında quraşdırılan işıqforların dirəkləri qısa olduğundan sürücülər işıqforları görməkdə çətinlik çəkirlər, hətta belə kəsişmələrdə bir neçə dəfə yol-nəqliyyat hadisəsi də baş verib.

Bu baxımdan bir sıra ərazilərdə artıq işlərə başlanılıb və Azərbaycan prospekti ilə İstiqlaliyyət, Səməd Vurğun ilə Hənifə Ələsgərov, eləcə də Abbasqulu ağa Bakıxanov ilə Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsindəki işıqforların köhnə dirəkləri dəyişdirilərək yeni L-tipli dirəklərlə əvəz edilib və sürücüləri narahat edən problem aradan qaldırılıb.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bu istiqamətdə işləri davam etdirir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...