Qubad İbadoğlu apellyasiya şikayəti verdi

  Qubad İbadoğlu apellyasiya şikayəti verdi
Ötən gün həbs edilən Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu apellyasiya şikayəti verib.

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu "Report"a onun vəkili Zibeydə Sadıqova deyib.

Müdafiəçi bildirib ki, şikayət Nərimanov Rayon Məhkəməsinə təqdim edilib:

"Nərimanov Rayon Məhkəməsinin müvəkkilim barəsində çıxardığı qərarla razılaşmırıq. Qubad İbadoğlunun tezliklə həbsdən azad olunmasını istəyirik".
Qeyd edək ki, iyulun 23-də Daxili İşlr Nazirliyi Q. İbadoğlunun saxlanılması barədə məlumat yayıb.

"Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyənin Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib.

Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir", - DİN-in məlumatında deyilir.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Siyasətçi bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
385 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...