"Paşa Holdinq"dən Mərkəzi Bankda yüksək vəzifəyə təyinat - Dosye
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə yeni müşavir təyin edib.
Yeniavaz.com AMB-yə istinadən xəbər verir ki, Şahin Mahmudzadə sədrin müşaviri vəzifəsinə təyin edilib.
Ş. Mahmudzadə 1992-ci ildə Bakı şəhərində anadan olub.
2015-ci ildə Ankara Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2016-cı ildə Sabancı Universitetini “Maliyyə” ixtisası üzrə magistr dərəcələrilə bitirib. 2013-cü ildə Erasmus Proqramı çərçivəsində Belçikanın KU Leuven universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə 1 illik təhsil alıb, həmçinin "Chartered Financial Analyst" (CFA) sertifikatına yiyələnib.
31 yaşlı Ş.Mahmudzadə əmək fəaliyyətinə 2016-cı ildə AR Mərkəzi Bankının Pul siyasəti departamentində başlayıb.
2018-ci ildə “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2020-ci ildə Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində, 2021-cil ildən isə Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, “Paşa Sığorta” ASC aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə məxsusdur. Nizamnamə kapitalı 50 milyon manat olan “Paşa Sığorta” ASC 2006-cı ildə təsis olunub.
Bu ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən ümumilikdə 467 milyon 530 min manat sığorta haqqı yığılıb ki, bunun da yarıdan çoxunu – 69%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb. Onların topladığı sığorta haqqı 323 milyon manat olub.
386 dəfə oxundu