"Azərbaycanda seysmoloji aktivlik azalıb”

"Azərbaycanda seysmoloji aktivlik azalıb”


“Azərbaycanda 2014-cü illə müqayisədə 2015-ci ildə seysmoloji aktivlik azalıb”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
O qeyd edib ki, ölkədə 2014-cü ildə seysmoloji aktivlik daha yüksək olub: “2014-cü ildə maqnitudası 5-dən yuxarı 6 zəlzələ baş verib. Lakin 2015-ci ildə 2 belə zəlzələ qeydə alınıb. Onlardan biri dənizdə, digəri isə Şəki-Oğuz sərhədində baş verib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...