Ukrayna Ruben Vardanyanı axtarışa verdi - KİV

Ukrayna Ruben Vardanyanı axtarışa verdi -
Moskvanın xüsusi missiya ilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi erməni əsilli milyarder Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilib.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib.
Xatırladaq ki, bu ilin fevralında Xankəndidəki separatçı tör-töküntülərinin “dövlət naziri” Ruben Vardanyan "postu"nu itirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
447 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...