“Son zəng” 14 iyunda keçiriləcək, 102 minə yaxın şagird məzun olacaq

“Son zəng” 14 iyunda keçiriləcək, 102 minə yaxın şagird məzun olacaq
“Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə keçiriləcək. Bununla bağlı, hər il olduğu kimi, Elm və Təhsil Nazirliyinin müvafiq tapşırıqları olacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100084, digər qurumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrində 727 nəfər məzun olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...