Xəstə övladı üçün yığdığı 10 mini onlayn oyunda uduzdu - (VİDEO)

Xəstə övladı üçün yığdığı 10 mini onlayn oyunda uduzdu -
31 yaşlı Gəncə sakini Şəfiqə Əhmədova xəstə övladı üçün yığdığı 10 min manat əməliyyat xərcini onlayn oyunda uduzub.

Qaynarinfo xəbər verir ki, o bu barədə "Xəzər xəbər”ə danışıb:

Həmçinin oxuyun: Новый седан бренда CHERY стоимостью 29 900 AZN уже в Баку!

"Birinci dəfə beş oyun təqdim etdilər. Ondan 12 manat 70 qəpik qazandım. Sonda isə səkkiz oyun təqdim etdilər. Bu səkkiz oyuna da 5 000 manat pul qoyduq. 15 000 manat qazandım. 12 manat 70 qəpik köçürüldü, amma 15 000 manat köçürülmədi. Pulumuz getdi. Bu pul da uşağın əməliyyat pulu idi”.
Ş. Əhmədovanın 10 000 manatı geri almaq üçün cəhdləri boşa çıxıb.

DİN Mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, vətəndaşın müraciəti ilə bağlı müvafiq araşdırmalar aparılır: "Hazırda pulun ölkə daxilində və ya ölkə xaricində olan şəxslər tərəfindən köçürülməsi ilə bağlı müvafiq sorğular göndərilib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...