Nehrəm sakini: “Prezidentin nümayəndəsinin qovduqlarını başçı işdə saxladı” –
Babək rayon Nehrəm qəsəbə sakinləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb.
Bildirilib ki, əsasən susuzluqdan gileylənən qəsəbə sakinləri rayonun icra hakimi Rasim Hüseynovdan şikayət ediblər.
Onların iddiasına görə, Rasim Hüseynov rayonun kəndləri üçün nəzərdə tutulmuş suvarma suyunu öz şəxsi məqsədləri üçün istifadə edir:
“Cənab prezident, sizin Naxçıvana təyin etdiyiniz səlahiyyətli nümayəndəniz Fuad Nəcəfli Nehrəmə gəldi, camaatın şikayətinə baxdı. Orada o məmurları işdən azad etdi, qovdu. Təəssüflər olsun ki, Rasim Hüseynov həmin adamları yenə işdə saxladı. Yenə xalqın başına oyun açırlar, incidirlər. İki aydır Nehrəmdə nasoslar işləyir, amma kəndə bir damcı da olsun su girməyib. Hara gedir? Rasim müəllim özü yaxşı bilir. Dağlara gedir. Bu kəndə savadsızlar rəhbərlik edirlər. Xalqı dövlətin üstünə qaldırmaq istıəyirlər. Nə qədər ki Rasim müəllimin komandası var, Nehrəm gün görməyəcək. Cənab prezident, xahiş edirəm, bizi bəzi məmurların əlindən xilas edin”, - Babək rayon Nehrəm qəsəbə sakini Məmməd Məmmədov deyib.
460 dəfə oxundu