“Azərbaycanla təhdid və terror dili işləməyəcək“ - Prezidentdən İrana xəbərdarlıq

“Azərbaycanla təhdid və terror dili işləməyəcək“ -

“İndi bizim İranla münasibətlərimiz heç vaxt olmadığı qədər aşağı səviyyədədir. Və bundan sonra necə olacağını proqnozlaşdırmaq çətindir: münasibətlər bu səviyyədə qalacaq, yoxsa daha da aşağı düşəcək".

Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

"Bu bizim seçimimiz deyil. Amma bütün İran elitası artıq anlamalıdır: Azərbaycanla təhdid və terror dili işləməyəcək. Bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”, - deyə dövlət başçısı vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...