İntensiv yağış yağacaq, dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylardan daşqın və sel keçəcək -
Mayın 2-si Bakıda və Abşeron yarımadasında səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

GUNDEMİNFO.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumata əsasən, mayın 1-i axşam, 2-si və 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Rayonlarda isə mayın 4-ü axşamadək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s olacaq.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...