“Qanlı Göl”ə yeni həyat veriləcək – Kristal Abşeron

“Qanlı Göl”ə yeni həyat veriləcək –

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Qanlı Göl" ərazisi üzrə təqdim olunan layihələrin qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçirilib. Agentliyin konfrans zalında təşkil olunan tədbirdə şirkətlərin, dövlət qurumlarının, QHT, KİV və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə ərazi üzrə ətraf mühitin mühafizəsi, habelə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlərin müzakirəsi aparılıb.

“Qanlı Göl”ə yeni həyat veriləcək –

Görüşdə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov "Qanlı Göl" ətrafında həyata keçiriləcək layihənin ətraf mühitə təsirləri barədə məlumat verib. O bildirib ki, burada tullantıların idarə olunması, texniki və içməli suya qənaət edilməsi kimi məsələlər mühüm əhəmiyyət kəsb edir.

“Qanlı Göl”ə yeni həyat veriləcək –


"Bu gün "Qanlı göl"lə bağlı bizi narahat edən ən mühüm məsələ dib çöküntüsünə müdaxilənin nəticəsi ilə bağlıdır. Müvafiq qurumlarla əlaqə saxlayaraq birlikdə araşdırma aparılmalı, gölün dibinə müdaxilə edilsə, hansı fəsadlar yarana bilər, nəticəsi necə olar, bu barədə hərtərəfli danışıqlar, monitorinqlər olmalıdır. İnanırıq ki, müqayisəli təhlillər nəticəsində bu problemin də həllinə nail olunacaq". – deyə M.Qənbərov qeyd edib.
“Qanlı Göl”ə yeni həyat veriləcək –


"Kristal Abşeron” tərəfindən irəli sürülən və icrası həyata keçirləcək layihə haqqında şirkətin direktoru İbrahim Dostumalıyev qeyd edib ki, böyük həcmdə yaşıllıqları əhatə edəcək yaşayış kompleksinin tərkibində 6 hektarlıq "Şamlıq park” və Qanlı göl təmizləndikdən sonra 32 hektarlıq su hövzəsi ətrafı bulvar tikiləcək. İ.Dostumalıyev bu layihənin Bakının ekoloji vəziyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb. O, ətraf ərazidə fərdi həyət evlərində yaşayan 400 ailənin də bundan fayda görəcəyini bildirərək, layihə planında yağış sularının idarə olunması, kanalizasiya sularının təmizlənməsi qurğularının tikilməsinin olduğunu qeyd edib.


Layihədə gölün estetik görkəminin pozulmaması, orada salınacaq bulvar və parkın hər kəs üçün əlçatan, açıq olması, binaların su hövzəsinə çox yaxın məsafədə tikilməməsi, gölün su balansının tənzimlənməsi kimi məsələlərə də əsas yer tutur. Həmçinin, göldəki dib çöküntülərinin və ağır metalların radio-ekoloji tədqiqatının aparılması, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində bütün ekoloji tələblərə riayət olunmasının zəruriliyi vurğulanıb.

Gölün adının dəyişdirilərək, ona "Canlı göl, "Yaşıl göl” və ya "Şamlı göl” kimi yeni adların verilməsi də təklif olunub.


Son olaraq qeyd edək ki, sözügedən ərazidə hazırda Kristal Abşeron tərəfindən icra olunan Park Yasamal layihəsinin satışı sürətlə davam edir. Siz də illik 6%-dən başlayan ipoteka krediti ilə Park Yasamalda göl mənzərəli, tam təmirli mənzilə sahib olmağa tələsin!

Ətraflı: *1544 / +994 51 255 05 55

www.kristalabsheron.az

www.youtube.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
687 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...