Razılıq verildi: Azərbaycan Türkiyədən kimsəsiz uşaq götürə bilər...

Razılıq verildi: Azərbaycan Türkiyədən kimsəsiz uşaq götürə bilər...
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi zəlzələ nəticəsində ailəsi vəfat etmiş və ya hələ tapılmamış uşaqlar üçün müvəqqəti qoruyucu ailələrə ehtiyac olduğunu açıqlayıb.

Qeyd olunub ki, müraciət edən namizəd ailələr “e-Devlet” portalı vasitəsilə və ya zəlzələ zonasından kənarda yaşadıqları ərazi üzrə nazirliyin rayon şöbələrinə müraciət edə bilərlər. Nazirlik indiyədək zəlzələ zonasında ailələri tapılmayan, yetkinlik yaşına çatmayanlar üçün yeganə səlahiyyətli qurumdur.

Zəlzələ baş verən gündən dəstəyini əsirgəməyən azərbaycanlılar da bu prosedura müraciət etmək istəyirlər.

Teleqraf.com məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı fövqəladə səlahiyyətli səfirliyinə sorğu göndərib.

Səfrilikdən sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan vətəndaşları da zəlzələdə zərərçəkmiş uşaqlara müvəqqəti olaraq qoruyucu ailə olmaq üçün müraciət edə bilər.


Razılıq verildi: Azərbaycan Türkiyədən kimsəsiz uşaq götürə bilər...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...