Soğan müvəqqəti olaraq gömrük rüsumundan azad edildi

Soğan müvəqqəti olaraq gömrük rüsumundan azad edildi
Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib.

Yeniavaz.com xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Ölkəyə idxal olunan soğan bu il mayın 1-dək gömrük rüsumundan azad olunub.

Qərarda qeyd edilib ki, “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 03.02.2023 tarixli 33 nömrəli Qərarı baş soğan və şalot soğanının (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və faraş soğan istisna olmaqla) Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısına daxil edilməsini nəzərdə tutur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...