Türkiyədə olan qazilərimizin müalicəsi dayandırılıb? - Video

Türkiyədə olan qazilərimizin müalicəsi dayandırılıb? -
Bir qrup qazi YAŞAT Fonduna edilən ianələrin miqdarı azaldığına görə onların müalicəsinin yarımçıq qaldığını iddia edir.
Bu barədə Tovuz döyüşləri qazisi Kənan Nəsirov Yeniavaz.com-a məlumat verib.


Qazilər bildiriblər ki, 2 ildir onlar Türkiyədə müalicə alırlar və hazırda ianələr azaldığından, müalicəni bitirib evə qayıda bilmirlər. Onlar Azərbaycan xalqına və Prezident İlham Əliyevə müraciət edərək YAŞAT Fonduna ianələr etmələrini xahiş ediblər.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Fondun rəsmisi Elnur Niftəliyev bildirib ki, Türkiyədə olan qazilərimizin müalicəsi davam etdirilir:

"Proses dayandırılmayıb. Amma onu da xatırladaq ki, Fondun vəsaiti könüllü ianələr əsasında formalaşdırılır. Hazırda müraciətlər ianələrin azalması səbəbi ilə Fondun büdcəsinə uyğun təmin edilir.

Fondun fəaliyyəti zamanı şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədi ilə görülən işlər barədə mütəmadi olaraq, gündəlik yenilənməklə yashat.gov.az platforması üzərindən onlayn rejimdə hesabatlar təqdim olunur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
496 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...