Gizlənpaç oynayarkən konteynerə girdi, gözünü başqa ölkədə açdı- FOTO

Gizlənpaç oynayarkən konteynerə girdi, gözünü başqa ölkədə açdı-
Malayziyanın “Klanq” limanının işçiləri konteynerlərdən birində gözlənilməz qonaqla – məktəbli oğlanla qarşılaşanda şoka düşüblər.

Azpost.info xəbər verir ki, uşaq yerli dildə danışmır, sadəcə adının Fateh olduğunu izah edə bilirdi.

Onlar əvvəlcə uşağın insan alverinin qurbanı olduğunu düşünüblər. Lakin sonra məlum olub ki, bütün bunlar oğlanın başına Çittaqonq şəhərində (Banqladeş) dostları ilə gizlənpaç oynayarkən gəlib. O, gizlənmək üçün yük konteynerini seçib. Dostlarının onu tapmasını gözləyərkən yuxuya gedib və konteyner gəmiyə yüklənib. Sonra da gəmi ilə təxminən iki min kilometr yol qət edib.

Uşaq aşkarlandıqdan sonra təcili yardım maşını ilə yerli xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətini stabilləşdirə biliblər. Səhhəti tam bərpa olunan kimi uşağı vətəninə göndərəcəklər.


Gizlənpaç oynayarkən konteynerə girdi, gözünü başqa ölkədə açdı-



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
619 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...