“Yazıq canavar! Bu qədər qoyunu necə yeyəcəksən?”
Pula pul deməyən Afinada hər kəsin susduğu dövrdə Sokrat gəncləri başına yığıb dil boğaza qoymadan danışırdı, yəni susmamışdı. Amma Afina xalqı susmağı qızıl hesab etməyən bu adamın öldürülməsinə səs verdi. Çünki Sokrat xalqın, kütlənin deyil, öz ağlından keçənləri deyirdi; allahların sürü şəklində dolaşdığı bir ölkədə allahsızlığı təbliğ edirdi. Afinanı ədalətli deyil, güclü edən hər şeyi – tərsanələri, ticarət monopoliyalarını, silah istehsalçılarını söyüb-batırırdı.
Cəmiyyətin ayrı-ayrı adamlara ünvanladığı "susma" çağırışı, əslində, "susma, öz fikirlərini de" istəyi deyil, "susma, bizim istədiklərimizi de! Ağız sənin olsun, səs bizim!" tələbidir. Nitsşe "Bütlərin alaqaranlığı" kitabında hər nə qədər Sokratın dialektikasını onun kasıb həyatı ilə əlaqələndirib aşağılasa da, bu yunan filosofunun dialektikası dialoq üzərində qurulmuşdu. Sokrat öz cəmiyyətini dialoqa dəvət edirdi; həqiqət yalnız müzakirə, mühakimə yolu ilə üzə çıxa bilərdi. Alman fəlsəfəsi və Afina xalqı dialoq tərəfdarı deyildi: həqiqət bir ağızdan, ya da ağız birliyindən doğulmalı idi.
Cəmiyyət bu gün də "susma" dedikdə dialoq mühitinin yaranmasını nəzərdə tutmur, "susma, danış və mümkün dialoqu susdur" demək istəyir. Cəmiyyətin fəlakəti ayrı-ayrı adamların susması, susdurulması deyil, dialoqun susdurulmasıdır. "Susma" deyib bağıranların məqsədi, əslində, dialoqun səsini batırmaqdır. Əgər bu gün qəfildən Azərbaycanda Afina məhkəməsi qurulsa, cəmiyyət yenə də susanların deyil, danışan, ancaq onun istəklərini deyil, öz fikirlərini dilə gətirən milli sokratlarının edamına səs verəcək. İndiki şəraitdə gücü sosial şəbəkələrdə alternativ fikirləri təhqir etməyə çatır, bunu da canla-başla edir. Dialoq alternativ fikirlərin meydanıdır. Alternativ fikri yuxarılar dinləmək istəmədiyi kimi, aşağılar da eşitmək istəmir. Dialoqun, alternativ fikrin susdurulması məsələsində ictimai həmrəylik mövcuddur.
Afina elitası bu ictimai həmrəyliyə görə, öz düşməni Sokratın taleyini xalqın ixtiyarına buraxdı, çünki bilirdi ki, xalq ağzından heç vaxt öz sözünü eşitmədiyi bu sərgərdan filosofa daha çox nifrət edir. Əgər xalq Sokratı bağışlasaydı, elita geri çəkiləcəkdi.
Susmağın bir forması hökumətə yaltaqlanmaqdırsa, digər forması da cəmiyyətə yaltaqlanmaqdır. Kütlənin, çoxluğun istədiklərini bağırmaqdır.
Sokrat bunların heç birini etmədiyi üçün edam olundu. Sokrat alternativ fikrin susdurulması üzərində yaranan ictimai həmrəyliyin ilk qurbanı idi.
Kütlə, yaxud xalq niyə alternativ fikirləri və bu fikirləri dilinə gətirəni sevmir, hətta onu linç edir?
Bu sualın cavabını bu yaxınlarda ABŞ-da yaşayan azərbaycanlı Amerika aliminin mənə ünvanladığı məktubunda tapdım. Həmin məktuba yüngülvari əl gəzdirib oxucularımıza təqdim edirəm.
Beləliklə, kütlə, yaxud xalq niyə hər kəsin özü kimi olmasını, özü kimi düşünməsini tələb edir?
Elmin cavabı:
Cisimləri təşkil edən molekulların içindən enerjisi çox olan bir molekul ümumu səviyyədən həmişə yuxarı çıxır, enerjisi az olan, amma sayca çox olan digər molekullar o ümumi səviyyədən yuxarı çıxan "dahi molekulu” çəkib aşağı salır, onun enerjisi itir, amma durğunluq mümükün olmadığından orta səviyyəli molekulların bir-biriylə toqquşmasından yenə bir molekul enerjisini artırıb yuxarı çıxır, yenə də o biri molekullar onu cəkib aşağı salır. Buna elmdə "Maxwell-Boltsman distribution” deyirlər.
O biri ortabab molekullar enerjisi artıq olan molekula ona görə "nifrət edirlər ki” heç bir fiziki proses enerjisi artıq olanı davamlı yuxarıda saxlaya bilməz. Ümumi molekullar (kütlənin və ya xalqın nümayəndələri) sistemin dağılmaması üçün məcburdurlar ki, o yuxarı çıxan dikbaş molekula "sən də bizim kimi ol” prinsipini təlim etsin. Ayağından tutub ümumi yorğanın altına dartsın. Bizdə Amerikada şirkətdə də "bizim kimi ol” prinsipi çox keçərlidir. Hindistanlıların hamısı bu prinsiplə işlədiyindən çox hörmətlidirlər. Azərbaycan alimi belə etmədiyindən daim mubarizə içində. Hindistanlıların Amerikada belə rəftarının səbəbi uzun zaman ingilis müstəmləkəsində yaşadıqlarındandır. Onlar "Ağ adam”a Ağa kimi baxmağı öyrəniblər və hələ də qanlarından, canlarından çıxmayıb.
P.S. Belə baxanda mənəvi-psixoloji, fəlsəfi məsələlərin də izahı elmdə mövcuddur, sadəcə, biz o elmi bilmirik.
Aqşin YENİSEY
634 dəfə oxundu