"Ailə var ki, 6 ildir toy gecəsinin travmasından intim həyatı bərbaddır" - Seksopatoloqdan AÇIQLAMA

"Ailə var ki, 6 ildir toy gecəsinin travmasından intim həyatı bərbaddır" -

Azərbaycanda hələ də bəy-gəlin toy gününə qorxaraq hazırlaşır. Onları çox qorxudurlar. Düzgün məlumat verən yoxdur.

Həm oğlan evi, həm qız evi o qədər təzyiq edir ki, bu da özünü seksual həyatda göstərir. Ümumiyyətlə bu yengə məsələsi var ki, mən bunu ciddiyə almıram.

Qıza o qədər deyirlər ki, dəhşət olacaq, ağrılı prosesdir və s. qız bütün bu prosesi özü üçün qorxulu bir günə çevirir. Bu da ona gətirib çıxarır ki, toy gecəsi qızların əksəriyyətində vaginizm yaranır.

Yəni qızın cinsi orqanı gərginlikdən özünü qapadır . Bu qeyri-ixtiyarıdır, əzələlər sözə baxmır.

Qadin.club xəbər verir ki, oxu.az-a müsahibəsində Klinik psixoloq-seksoloq Təhmasib Cavadzadə bildirib.

"Oğlanlar vəziyyətdən necə çıxacağını, qohum-əqrəba nə deyəcəyini, qızın xoşuna gəlib-gəlməyəcəyini düşünür. Beyin lazımsız şəkildə dayanmadan işləyir və onun da vəziyyətinə təsir edir. Adam var ki toyundan bir gün qabaq gəlir ki, mənə kömək elə.

Necə edim? Bu bir seansa həll olunacaq məsələ deyil axı. Bizim işimiz insanın bu proses zamanı fikirlərini tənzimləyib seksual davranışların düzgün olmasına kömək etməkdir.

Məsələn, pasiyentlərim olub ki, ilk dəfə birlikdə olublar və artıq 6 ilə yaxındır ailəlidirlər lakin həmin günün travması səbəbindən seksual həyatları bərbaddır. Bu proses çox mürəkkəbdir.

Tərəflər seksual həyatda bir-birinə uyğunlaşa bilməyəndə bu ehtirasa da təsir edir və insan həm partnyorundan, həm də seksdən uzaqlaşır. Bir dəfə uğursuz oldusa vəssalam, daha onlar buna cəhd etməyəcəklər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...