Məktəblinin mədəsindən soxulcan çıxdı - Azərbaycanda ŞOK olay

Məktəblinin mədəsindən soxulcan çıxdı -


Qurdun uzunluğu 18 santimetr olub. AMEA Zoologiya İnstitutunun “Helmintologiya” laboratoriyasına valideyn tərəfindən müraciət olunub. Lent.az-ın məlumatına görə, aparılan tədqiqatlar nəticəsində məktəblinin orqanizmində soxulcan (yağış qurdu) aşkar edilib. 10-cu sinif şagirdinin ağzından 18 sm uzunluğunda qurd (helmint) çıxıb, təyinat üçün laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Qara Fətəliyevə təqdim edilib. Araşdırmalar zamanı bu qurdun parazitlik edən helmint (qurd) yox, torpaqda yaşayan soxulcan olduğu təsdiqlənib. Xəstə dindirilərkən hazırda onun mədə - bağırsaq sistemində çoxlu sayda “qurdların” müxtəlif istiqamətlərə hərəkət etdikləri müəyyən olunub.

Q.Fətəliyev bildirir ki, bir neçə il bundan əvvəl də NZS qəsəbəsində bizə müraciət edən 7-ci sinif şagirdinin ağzından 8 soxulcan xaric olunub. Soxulcanlar Həlqəvi qurdlar tipinin Oliqaxetlər sinfinin Haplotaxida dəstəsinin Lumbricidae fəsiləsinə daxildir. Onlar yumurtalarını (baramalarını) nəm torpağa, bəzən isə bitkilərin kök hissələrinə qoyur. Yumurtalar 3-4 aya inkişaf edir və yetkin formaya çevrilir.

Tərəvəz bitkiləri yaxşı yuyulmadıqda bitkinin kök boynuna yapışmış qurd yumurtaları tərəvəzlə birlikdə udulur. Həzm sistemində onlardan sürfələr çıxır və anaerob şəraitdə bağırsaq möhtəviyyatı ilə qidalanaraq inkişaf edir. Yoluxmamaq üçün tərəvəz bitkilərindən isifadə edilərkən onların təmiz yuyulması tövsiyə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...