Tıxac hansı xəstəliklərə səbəb olur? - TƏHLÜKƏ

Tıxac hansı xəstəliklərə səbəb olur?  -


Ucu-bucağı görünməyən tıxac, maşınların gurultusu, zəhərli qazlar və kirli hava… Qış mövsümünün gəlməsi ilə yollarda daha da artan tıxac bizi özümüzdən çıxarmağa yetir.

Üstəlik, problem sadəcə vaxt itkisi ilə bağlı yaşanmır. Hər gün uzun müddət maşında hərəkətsiz qalmaq, tıxac gurultusuna dözmək və stress bir çox sağlamlıq problemlərinə də yol aça bilər. Bel və boyun ağrılarından sidik yolu infeksiyalarına, qəbzlikdən babasilə, təzyiq yüksəkliyindən infarkta, narahatlıqdan panik ataklara qədər bir çox xəstəlik tıxac zamanı oyana bilər. Tıxacın daha çox olduğu saatlarda yola çıxmamaq qorunmaq üçün ən effektli yol olsa da, bu, heç də mümkün görünmür.


Aile.lent.az tıxacda “cücərən” xəstəliklər və onlardan qorunma yollarını təqdim edir.

1.Tıxacda uzun zaman keçirmək


Bel və boyunda tutulma

Uzun müddət oturaq vəziyyətdə qalmaq, ən çox bel və boyun onurğalarının üzərinə yük düşməsinə səbəb olur. Bunun nəticəsində disklərdə deformasiya, yırtılma, sürüşmə, bel və boyun tutulmaları yaşanır. Əvvəldən yüngül də olsa, bel və boyun ağrınız varsa, bu cür problemlərlə qarşılaşma riskiniz daha da yüksəlir.


- Tıxacda qalarkən maçından düşüb gəzin və belinizi arxaya doğru 5-6 dəfə əyin.
- Boynunuzu yanlara, sağa, sola və arxaya hərəkət etdirin.
- Sürücüsünüzsə, belinizi mütləq ortopedik yastıqla dəstəkləyin. Yolçusunuzsa, həm bel, həm boynunuza dəstək qoyun.
- Baqajdan bir əşya alacaqsınızsa, belinizi yüngül hərəkət etdirmədən qətiyyən yükü götürməyin.

Hipoqlisemiya və hiperqlisemiya tutmaları

Tıxacda uzun müddət keçirmək şəkər xəstələri üçün də çox böyük riskdir.
Uzun müddət ac qalmaq, dərmanın vaxtında atılmaması və stress hormonlarının artımına bağlı olaraq qan şəkərinin səviyyəsindəki oynamalar hipoqlisemiya, ya da hiperqlisemiyaya səbəb olur.

- Yola çıxmadan əvvəl yanınıza mütləq qan şəkərinizi nizamlayacaq qidalar götürün.
- Dərmanlarınızı və suyu yanınızdan əsirgəməyin.

Sidik yolu infeksiyaları

Tıxacda uzun müddət qaldıqda ifraz olunmayan sidik böyrəklərə geri qayıdaraq sidik yolu infeksiyaları və böyrək çatışmazlığına qədər ciddi xəstəliklərə, kişilərdə də prostat xəstəliklərinə yol aça bilir.

- Yola çıxmadan əvvəl tualetə getməyi vərdiş edin.

Qəbzlik və babasil

Eyniylə uzun müddət tualet ehtiyacını ödəməmək bağırsaq hərəkətlərində yavaşlama və qəbzlik, qəbzlik və uzun müddət oturaq qalındığı üçün qan dövranının anal bölgədə yavaşlaması nəticəsində babasil formalaşır.

- Bu halda da yola çıxmadan əvvəl tualetə getməyi vərdiş edin.


2. Tıxac gurultusu

İnfarkt

Aparılan araşdırmalar maşınların motor səsi, siqnal səsi, sərnişinlərin səsi kimi tıxac gurultusuna məruz qalmağın infarkt keçirmə riskini artırdığını göstərir. Tıxacda çox qalmaq gedərək yığılan stress hormonlarının artımına, bu artım isə öz növbəsində mədə xorası, təzyiq yüksəlməsi, hətta infarkta yol aça bilir.

Panik atak, narahatlıq

Araşdırmalara görə, tıxac gurultusunun çox olduğu yerdə uzun müddət qalmaq panik atak, narahatlıq, astma və epilepsiya tutmalarının baş verməsinə səbəb olur. Yüksələn stress hormonları bu xəstəlikləri irəlilədir.

Baş ağrısı

Tıxacda gurultuyla yanaşı narahatlıq, baş ağrısı, qulaqlarda cingildəmə, döyüntü, sinir sisteminin oyanması nəticəsində də epilepsiya tutmaları yaşana bilər.


- Tıxac gurultusundan azca uzaqlaşmaq üçün maşının şüşələrini bağlı saxlayın.


3. Zəhərli qazlar və kirli hava


Tənəffüs problemləri

Nəqliyyat vasitələrindən çıxan zəhərli qazlar və hava kirliyi maşında olan insanlarda zəhərlənmələrə səbəb ola bilər. Həm karbonmonoksid, həm də digər zərərli qazlarla bağlı olaraq baş ağrısı, gözlərdə, boğazda göynəmə hissi, qıcıqlanma və öskürək kimi fərqli tənəffüs problemləri ortaya çıxa bilər. Bu hala üstəlik stress də yoldaşlıq etdiyində astma tutmaları baş verir.

- Maşının şüşələrini açmayın
- Kondisioner filtrinin təmizliyinə riayət edin
- Sərnişin avtobusundasınızsa, ağzınızı maska, ya başqa bir əşya ilə yumun.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1262 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...