Xalq artisti koronavirusa yoluxduğunu niyə gizlədib?

Xalq artisti koronavirusa yoluxduğunu niyə gizlədib?

Xalq artisti Nurəddin Mehdixanlı vaxtilə koronavirusa yoluxduğunu və bunu gizlətdiyini açıqlayıb. Bu barədə Yenisabah.az-a danışan aktyor yoluxduqdan sonra peyvənd vurdurduğunu deyib:

“Pandemiyanın ilk vaxtlarında mən də virusa yoluxmuşdum, lakin bunu ictimailəşdirmədim. Sakit, səssiz şəkildə məsələni yoluna qoyduq. Həmin ərəfədə ardıcıl olaraq müəyyən tədbirlərə qatılırdıq. Ona görə yoluxmuşdum. Ondan sonra gedib peyvənd vurdurdum. İndi digər dozaları da vurduracağam”.

Sənətçi insanların toylarda qaydalara riayət etmədiyini, bəzən məsuliyyətsizlik etdiyini bildirib:

“İndi toylara da icazə var, buna görə ehtiyyatlı olmalıyıq, çalışmalıyıq ki, şad gündən sonra peşmançılıq yaşanmasın. İnsanlar kütləvi toplaşdıqları yerlərdə qaydaları unudurlar. Bu, təkcə bizim yox, bütün dünyanın problemidir. Əgər bir insan öz həyatının dəyərini bilmirsə, o ailəsinin də, dostlarının da, ətrafının da dəyərini bilməyəcək, onlara kədər, qəm və problem gətirəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...