"Azəristiliktəchizat" ilin sonunadək qaz borcunu ödəyəcək

"Azəristiliktəchizat" ilin sonunadək qaz borcunu ödəyəcək


"Azəriqaz" İstehsalat Birliyi və "Azəristiliktəchizat" ASC istilik operatorunun borcunun mərhələli ödənilməsi barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bunu "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyev deyib. Onun sözlərinə görə, ASC-nin borcunun bir hissəsi artıq ödənilib: "Cari il üçün borc 8,4 milyon manat təşkil edir. Bu məbləğin 3 milyonu artıq ödənilib. Biz ilin sonunadək borcun ödənilməsini gözləyirik".

Ə.Hacıyev qeyd edib ki, "Azəriqaz" daha qazanxanalara qazın verilişini məhdudlaşdırmağı planlaşdırmır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1061 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...