Türkiyənin baş naziri Bakıya gəlir

Türkiyənin baş naziri Bakıya gəlir


Türkiyənin baş naziri Əhməd Davudoğlu da Azərbaycana səfər edəcək. "Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıdakı görüşü zaman bildirib. M.Çavuşoğlunun sözlərinə görə, baş nazirin Bakıya səfəri dekabrın 3-nə nəzərdə tutulub. Səfər çərçivəsində Ə.Davudoğlu bir sıra rəsmi görüşlər keçirəcək. Həmin görüşlərdə ikitərəfli əməkdaşlıq, regional və dünya əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qeyd edək ki, bu, Əhməd Davudoğlunun Türkiyə hökumətinin yeni tərkibinin təsdiq olunmasından sonra ilk rəsmi səfəri olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1167 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...