"Xəstəxanada darıxıram, həkimlər icazə versə, evə gedərəm" - Ələsgər Məmmədoğlu

"Xəstəxanada darıxıram, həkimlər icazə versə, evə gedərəm" -


"Xəstəxanada darıxıram, həkimlər icazə versə, evə gedərəm".Bunu "Report"a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlu deyib. Aktyor özünü yaxşı hiss etdiyini, xəstəxanada darıxdığını bildirib.

Ə.Məmmədoğlu qeyd edib ki, ödündə problem yarandığından beyninin qan dövranı pozulub: "Mədəaltı vəzim şişdiyindən, ödüm yaxşı işləmir, qanımı zəhərləyir. Bir neçə gündür ödümü yuyurlar. Özümü yaxşı hiss edirəm. Heç bir ağrım olmadığından, elə bilirəm sağlamam. Beynimə də qan yaxşı işləmir. Həkimlər bunun da ödün fəsadı olduğunu deyirlər. Durub gəzirəm, nə versələr, yeyirəm. Belə yaxşıyam. Görək nə olur. Xəstəxanada çox darıxıram. Evə getmək istəyirəm. Hələlik icazə vermirlər. Bilirsiz, özümü gözə gətirdim. 70 yaşım olacaq. Bu vaxta qədər heç vaxt xəstəxanada olmamışam. İlk dəfədir xəstəxanaya düşürəm. Burada çox sıxılıram".

Xatırladaq ki, Ə.Məmmədoğlu Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Nevrologiya şöbəsində müalicə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1159 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...