“Qarabağ” - “Tottenhem” matçı 1 dəqiqəlik sükutla başlayacaq

“Qarabağ” - “Tottenhem” matçı


Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) bayrağı altında keçiriləcək bütün matçlar Parisdəki teror qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla başlayacaq. Modern.az BBC-yə istinadən xəbər verir ki, bütün komandanın oyunçuları xüsusi qara sarğı ilə meydana çıxacaqlar.

Belə matçlar arasında UEFA Avropa Liqasının 5-ci turu çərçivəsində noybarın 26-da Bakının Tofiq Bəhramov adına stadionunda keçiriləck “Qarabağ”- “Tottenhem” və Yunanıstanın Saloniki şəhərində keçiriləck PAOK -“Qəbələ” oyunları da olacaq.

Ötən gecə Parisdə “İslam dövləti” terrorçularının törətdikləri partlayışlar zamanı azı 127 nəfər həlak olub. Fransada 3 günlük ümumilli matəm elan olunub



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1221 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...