Hamilə və övlad istəyən qadınlara müjdə
Bakıda hamilə qadınlar və övlad sahibi olmaq istəyənlər üçün vacib dəstək proqramı keçirilir. Cütlüklər üçün EBT – Ailə danışmanlığı proqramı getdikcə populyarlaşır. “Bakı şəhərində hamilə qadınlar, uşağı olmayanlar, övlad sahibi olmaq istəyənlər, süni mayalanma proseduruna üz tutanlar üçün peşəkar psixoterapevtik dəstək proqramı həyata keçirilir.
Bu proqram ginekoloqların müalicəsinin effektini gücləndirir və tibbi müalicəylə yanaşı gedir. Pasientlərin duyğu, düçüncə və davranış tərziylə işləyən kompleks terapiyadır. Burada hamilə qadınları və digər ginekoloji pasientləri gündəlik həyatda ən çox narahat edən qayğıların öhdəsindən gəlməyə kömək göstərilir.
Belə ki, terapiya proqramda psixoemosional durumun yaxşılaşdırılmasıyla birlikdə, dietoloji və sağlam həyat tərziylə bağlı hər cür dəstək var” - bu barədə proqramın rəhbəri, ailə danışmanlığı üzrə uzman Ramil Nəcəfli məlumat verib.
Artıq bir sıra ginekoloqlar başa düşür ki, onların dərman və digər müalicə metodları məhs bu programən köməyilə effektivliyini artırır. Qeyd etməliyik ki, dəstək proqramı Türkiyənin məhşur Acı Badem Klinikasının protokollarına uyğun olaraq Almaniya, Türkiyə və İsraildə tətbiq edilən bir metodikaya əsaslanır.
Bəs görəsən hamilə qadınları ən çox nələr narahat edir? Hamilələr bura gəlməklə nə qazanır?
Ramil Nəcəfli bu məsələyə aydınlıq gətirib: “Hamilə qadınlarda təbii ki, orqanizmində təkcə fiziki dəyişikliklər getmir. Həm də onlarda qorxular, həyacanlar, stresslər, bir çoxlarında isə hətta depressiyalar da yaşanır. Hamilələr doğuşdan sonra kökələcəklərindən çox narahatdırlar.
Doğulacaq uşağın sağlıq durumu, körpənin gözəl-çirkin-problemli olmasını düçündükcə həyacan və stressləri artır. Bundan başqa uşaq doğulandan sonar saçlarının tökülməsi qorxusuvar bir çoxlarında.
Bizim proqramda bütün bu kimi qayğılara və stressləri götürmək və körpənin də ananın da sağlamlığını şərtləndirən uğurlu texnikalardan istifadə edilir. Proqram “Sağlam ana-sağlam uşaq” adı altında aparılır. Hamilə qadınlarda digər stress və həyacanlar da olur. Misal üçün: Hamilə olmaq və analıqla bağlı emosiyaların, hisslərin qarışması, fərqli hissiyatlar içərisində olma. Ana namizədinin bədənində əmələ gələn forma və çəki dəyişikliklərinin narahatlıq yaratması. Doğuş və sancılar, ağrılar ilə bağlı qorxu və həyacanlar.
Ər və digər ailə üzvlərindən kifayət qədər qayğı, dəstək görə bilməmək və doğuşdan sonra da görə bilməmək qorxusu. Arzu olunmaz hamiləlik və ya arzuolunmaz evliliklər.
Hamiləlik zamanı sosial-iqtisadi sıxıntılardan yaranan gərgin və stressli həyat. Hətta analizlərin nəticələrini gözləmək də bir stressdir. Bütün bunlar körpənin və ananın sağlanlığını risk altına alır. Bu terapiyanın köməyilə ana namizədlər bu kimi risklərdən sığortalayır özünü. Onlara peşəkar bələdçi hökmən lazımdır ki, bir də funksiyanı icra edirik”.
Uzman Ramil Nəcəfli proqramın təkcə hamilə qadınları deyil, həmçinin övlad sahibi olmayanları, hamilə qala bilməyənləri də əhatə etdiyini bildirdi:”Bilirsiniz bir çoxları dəfələrlə ginekoloqlarda və digər ixtisasda olan həkimlərdə tibbi müalicə alırlar ancaq effekti olmur.
Çünki bədən gərginlik və stress içərisindədir. Bir növ bədən enerjisində bir tıxanıqlıq var. Ruhi-əsəbi narahatlıqlar tibbi müalicənin effektini azaldır. Hətta bir sıra EKO-ya, yardımçı reproduktiv texnologiyalara, başqa sözlə süni mayalanmaya üz tutan pasientlər də uğursuzluğa düçar olur. Süni mayalanma bəzi pasientlərdə neçə dəfə cəhd etsələr də tutmur. Güclü stres, gərginlik üzündən bütün bu uğursuzluqlar baş verir.
Belələrinə EBT terapiya seansları tətbiq edirik. EBT terapiya – Enerji balansının tənzimlənməsidir. İnsan təslim olanda, ruhi-psixoloji gərginlik keçirəndə bədən immuniteti də aşağı düşür.
Tətbiq edilən tibbi müalicələr də səmərə vermir. Bu yaxınlarda İsrail sonsuzluq üzrə belə bir araşdırma elan olundu. Üzərində hipnoz, nəfəs yoqası, bioenerji , meditasiya seansları tətbiq edilən sonsuz qadınlarda süni mayalanma digər süni mayalanma xəstələrinə nisbətən 85% çox effekt vermişdir. Yəni süni mayalanma dərhal tutmuşdur.
Həmçinin bu cür texnikalarla aparılan seansların köməyilə uşağın və ananın zehni və fiziki sağlamlığı digər qadınlara nisbətən daha üstün nəticə verir. Bu barədə İsrail və Almaniya mütəxəssisləri ən son elmi araşdırmaları dünya ictimaiyyətinə elan etdilər.
Onlar EBT terapiya texnikalarınından yararlanaraq milli genefondlarına böyük töhvə verirlər. Bizdə həkimlər israrla dava-dərman müalicəsini davam etdirirlər ancaq çoxları başa düşmür ki, uğursuz müalicələrin səbəbi nədir.”
Həmsöhbətimiz daha sonra vurğuladı ki, hamilələrə dəstək seansları indi hər pasient üçün 3 seansdan ibarətdir. Birinci senas ödənişli, qalan 2 seans isə ödənişsiz qaydada aparılır. Bu güzəşt ona görədir ki, proqram dəstək məqsədi daşıyır və hamilələrə, övlad sahibi olmaq istəyənlərə daha çox vaxt ayırmaq lazımdır.
Bu dəstək proqramı indi Elmlər akademiyası metrosu yaxınlığında, Yasamal İcra Hakimiyyətinin yanında yerləşən Türkiyənin məhşur Acı Badem Klinikasının Bakı nümayəndəliyi olan Həyat Klinikasında həyata keçirilir. Burada terapiya proqramının tələblərinə uyğun bir şərait yaradılıb. - “Hamilələr və övlad sahibi olmaq istəyənlər üçün ailə danışmanlığı dəstək proqramı getdikcə populyarlaşmağa başlayır. İctimai şüur artıq buna çox olmasa da müəyyən qədər hazırdır. Ancaq inanırıq ki, getdikcə hamı başa düşəcək ki, bu necə güclü əhəmiyyət daşıyır. Arada bir gedib ginekoloq yanına dərman müalicəsi götürməklə olmaz. Doğulacaq uşağın və ananın sağlamlığı, doğuşdan sonra fiqura dəyişiklikləri və sair risklərə qarşı peşəkar seanslar tibbi müalicəyə qoşulandan sonra sağlam nəticə əldə olunur. Bir çox xarici ölkələrdə hamilələr üçün psixoterapevtik yoqa, hipnoz, meditasiya seansları habelə düşüncə və davranış terapiyası artıq dəb halını alıb. Bu zehniyyət inanıram ki, Azərbaycanda da kök salacaq. Uşağın sağlamlığı və hamiləlikdən sonrakı fiqura dəyişiklikləri, hamilə qala bilməməklə bağlı insanlar məlumatlandıqca bizə müraciət edirlər. Onu da vurğulayım ki, proqramımızda iştirak edənlər özlərini çox xöşbəxt hiss eliyir və çox sevinirlər. Əsl mənada relaksasiya olduqlarını, rahatlanıb, gərginlikdən, qorxuları, həyacan və stresslər atdıqlarını, habelə suallarına cavab tapdıqlarını bildirilər. Biz heç də psixoloji təsəlli söhbət etmirik. Ürək-dirək verici və təsəlli xarakterli sözləri qohum-əqraba, yaxud pasientin ginekoloqu da edə bilər. Bu onların işidir. Bizim işimiz isə söhbət deyil, seanslardır.
İşimiz daxilində birinci müraciət edənlərin psixoemosional durumu dəyərləndirilir. Narahat edilən suallar soruşulur və daha sonra konkret terapiya seansları aparılır ki, bu kimi terapiya seansları da heç bir ginekoloqun işinə daxil deyil. Proqramımızı sağlam düşüncə və davranış tərzi, sağlam həyat tərzi ilə bağlı təlimatlar əhatə edir. Həmçinin müvafiq konsultasiyalar da aparırıq.”
Yeri gəlmişkən, bu günlərdə Səhiyyə Naziri Oktay Şirəliyev tibbi müəssisələrində dərman müalicəsi ilə yanaşı psixoloji sağlamlığın bərpasının təşkili ilə əlaqədar əmr imzaladı.
Ailə danışmanı, uzman Ramil Nəcəflinin övlad sahibi olmaq istəyənlər və hamilə qadınlar üçün həyata keçirdiyi bu dəstək proqramı da elə məhs nazirin bu əmrinə böyük bir töhfədir
1977 dəfə oxundu