Azərbaycanda 40 jurnalist koronavirusa yoluxub, 5-i vəfat edib

Azərbaycanda 40 jurnalist koronavirusa yoluxub,

"Həftə içi" qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib.

Gundeminfo.az xəbər veir ki, Jurnalistlərin Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərli bildirib ki, Azərbaycanda indiyədək 40 jurnalist koronavirus infeksiyasına yoluxub, onlardan 5 nəfəri vəfat edib.

Ümumilikdə, avqustun 25-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada koronavirusdan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 190 nəfər müalicə olunaraq sağalıb, 521 nəfər vəfat edib, 1 848 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612, bu günə qədər isə ümumilikdə 885 279 test icra olunub.

COVID-19 haqqında qısa məlumat

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən avqustun 31-dək uzadılıb.

Bundan əlavə, 2020-ci il iyulun 4-dən avqustun 31-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 5-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Xüsusi karantin rejimi dövründə avqustun 31-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Avqustun 5-dən SMS icazə sistemi və bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 30 və 50 faizlik məhdudiyyətlər ləğv edilib. Həmçinin bir sıra fəaliyyət sahələrində iş rejimi bərpa olunub.

Avqustun 18-dən ictimai iaşə müəssisələri, o cümlədən restoranlar fəaliyyətə başlayıb. /Modern.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...