Azərbaycan Gimnastika Federasiyası yenidən dünyada birinci yerə layiq görülüb
Azərbaycan Gimnastika Federasiyası (AGF) “Mükafatlandırılan Federasiyalar" siyahısında yenidən birinci yerə layiq görülüb.
"Report"un məlumatına görə, Beynəlxalq Gimnastika Federasiyası (FIG) 2019-cu ilin nəticələrinə əsasən AGF-ni bir daha digər federasiyalardan fərqləndirib.
Ötən il milli federasiyanın gimnastikanın 3 növü üzrə Dünya Kuboku, bədii gimnastika üzrə dünya çempionatı, FIG Akademiyasının kişi idman, batut və aerobika gimnastikası üzrə məşqçilik kursları, beynəlxalq yarışlar və digər tədbirlərin yüksək səviyyədə təşkil etməsi, həmçinin FIG-nin tanıdığı gimnastikanın 7 yarış növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı bu dəfə də yüksək dəyərləndirilib.
Özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2002-ci ildən rəhbərlik etdiyi AGF stabil olaraq, 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017 və 2018-ci illərdə isə ilk pillədə qərarlaşıb.
609 dəfə oxundu