"Facebook"dan koronavirus qadağası

"Facebook"dan koronavirus qadağası


Sosial media nəhəngi "Facebook" koronavirusla bağlı reklamları qadağan edib.

"Yeni Sabah" xarici mediaya istinadən bildirir ki, şirkətin belə bir addım atmasına səbəb isə bu reklamların istifadəçilərə yalan məlumat ötürməsi və insanları aldatmasıdır.

Şirkətin qərarına əsasən bundan sonra "Facebook"da "koronavirusdan xilas yolu", "virusdan qoruyan dərman" və s. başlıqlarla təqdim olunan dezinformasiya xarakterli reklamlar yerləşdirmək mümkün olmayacaq.

Qeyd edək ki, şirkət "İnstagram"da da yanlış məlumatların qarşısını almağı hədəfləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
621 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...