Hüsnü Mübarək vəfat edib

Hüsnü Mübarək vəfat edib
Misirin keçmiş prezidenti Məhəmməd Hüsnü Mübarək 91 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” yayıb.
Sabiq prezidentin yaxınları onun ölümünü təsdiqləyib.
Qeyd edək ki, Məhəmməd Hüsnü Mübarək 1928-ci ilin may ayının 4-də doğulub. 1981-ci ildə keçmiş prezident Ənvər Sədat islamçı silahlılar tərəfindən qətlə yetiriləndən sonra Hüsnü Mübarək ölkənin prezidenti olub.
H.Mübarək 2011-ci ilə qədər dövlət başçısı postunu tutub. Həmin il “Ərəb baharı” adlandırılan kütləvi etirazlar nəticəsində istefa verib. Hüsnü Mübarək 2012-ci ildə ömürlük həbs cəzası alıb. O, yüzlərlə insanın qətlində təqsirli bilinib. 2017-ci ildə Misirin Ali Məhkəməsi keçmiş dövlət başçısına bəraət verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
638 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...