Bakıda yeyib-içən dostlar hesabı gözləməmiş qaçdılar - VİDEO

Bakıda yeyib-içən dostlar hesabı gözləməmiş qaçdılar -
Bakıda restoranda yeyib-içən 3 gənc hesabı ödəməyərək qaçıb.

“Qafqazinfo”ya müraciət edən “Pink House” restoranının administratoru Seyran Əsgərov bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək salona baxış keçirib. Sonra qapının girişinə yaxın olan kabinetdə oturmağa qərar veriblər:

“Yəqin elə tez qaçsınlar deyə oranı seçiblər. Əvvəl iki nəfər idi, sonra bir nəfər də gəldi. Spirtli içki içib, yemək yeyiblər. Bir neçə dəfə siqaret çəkmək üçün çölə çıxıblar, qaça bilməyib içəri qayıdıblar. Sonda ofisiantın başını qatmaq üçün çay istəyiblər, o aralanan kimi durub qaçıblar. Təxminən 200 manata yaxın “şot”u verməyiblər”.

S.Əsgərov hadisə ilə bağlı polisə müraciət etdiklərini, araşdırma aparıldığını bildirib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...