"Öz istəyimlə üzv olmuşdum, könüllü də ayrıldım" Əfqan Talıbov

"Öz istəyimlə üzv olmuşdum, könüllü də ayrıldım"

"Həmkarlar İttifaqına könüllü qoşulmuşdum, könüllü də ayrıldım".

Bu fikirləri "Report"a açıqlamasında "Turan Tovuz"un sabiq baş məşqçisi Əfqan Talıbov Nazim Süleymanovun sədri olduğu Həmkarlar İttifaqından ayrılması haqqında danışarkən deyib.

Təcrübəli mütəxəssis təşkilatdan gedişinin səbəbləri haqqında danışmaq istəmədiyini bildirib. O sadəcə futbol sahəsində çalışmaq istədiyi üçün bu addımı atdığını vurğulayıb: "Mən mətbuata bu barədə heç nə danışası deyiləm. Həmkarlar İttifaqına heç kimi məcbur götürmürlər. Onun özü də könüllü qurumdur. Mən ora öz istəyimlə üzv olmuşdum. Şəxsi istəyimlə də təşkilatla yollarımı ayırdım. Çünki futbolda işləmək istəyirəm".

Qeyd edək ki, Əfqan Talıbov bu yaxınlarda "Turan Tovuz" klubunun Müşahidə Şurasına üzvü təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
625 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...