“Formula 1 yarışları üçün satılan biletlərin 81 faizini əcnəbilər alıb”

“Formula 1 yarışları üçün satılan biletlərin 81 faizini əcnəbilər alıb”

"Tamaşaçı sayı və bilet qiymətlərinin artması Formula 1 yarışlarından əldə olunan qazancın əsasını təşkil edir". Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyatının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib.

O, Formula 1 yarışları üçün bilet satışında əsas gəlirin xarici ölkə vətəndaşlarından əldə olunduğunu da vurğulayıb:

"4 ildir hər il, vip biletlərə tələbat artır. Bilet satışı artıq 2 aydır ki, endirimli qiymətlərlə satışda idi. Endirimli biletlərin satışı bu gündən etibarən bitir. Artıq normal qiymətlərlə biletlərin satışını həyata keçirəcəyik. Onu da deyim ki, satılan biletlərin 81 faizini xarici ölkə vətəndaşları əldə edib. İlk dəfədir ki, qısa müddət ərzində bu qədər bilet sata bilmişik".

B.Özərdim Azərbaycana gələn turistlərin əsasən Almaniya, Hollandiya, Ingiltərə və Avstraliya vətəndaşları olduğunu deyib.

PwC Azərbaycan" beynəlxalq audit şirkətinin nümayəndəsi Bəhruz Hüseynzadə Formula 1 yarışlarını ötən il 90,2 milyon nəfərin televiziya ilə canlı izlədiyini də əlavə edib.

Bəhruz Hüseynzadə bildirib ki, bu rəqəm 2018-ci ilə nisbətən 10% çoxdur:" Yarış müddətində Formula 1 haqqında KİV-də 225 min məqalə yayımlanıb". "Bu müddət ərzində yarışların ümumi media dəyəri 274 milyon dollar olub",-deyə şirkət nümayəndəsi əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
601 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...